NATO ABŞ-a işləyən bir VASİTƏÇİ TƏŞKİLATDIR - BAŞBUG

Baxış sayı:
8896

Təqaüddə olan polkovnik və Təhlükəsizlik üzrə ekspert Coşqun Başbuğ, NATO-nun Türkiyənin yanında olmadığına dair sualına, “ABŞ prizmasından baxdıqda NATO vəzifəsini yerinə yetirir. Ağır bir ittiham olacaq, amma ABŞ-a bir vasitəçi təşkilat kimi işləyir” cavabını verib.
 
Türkiyə prezidenti Ərdoğanın "Ey NATO haradasan" sözlərinə şərh verən Başbuğ, "Prezidenti Ərdoğan, BMT-yə bir nizam verib, müəyyən bir nöqtəyə gətirdiyi kimi, NATO-nun da ipini bazara çıxaracaq bir məzəmmət etdi. NATO-nun struktur maddələrinə baxdıqda Ərdoğanın dediyi kimi, hazırda Türkiyənin yanında olmaları lazımdır. Yəni bir NATO ölkəsi, təcavüzlə təhdid edilir və təcavüz altındadır. 5-ci maddədə deyilir ki, tərəflərdən hər hansı biri, təcavüzə uğradığı an bu hücum bütün NATO-ya edilmiş kimi qəbul edilir. Ağıllara gələn ilk sual NATO vəzifəsini yerinə ietirirmi? Həmişə bu məsələ müzakirə obyekti olur. NATO əslində vəzifəsini yerinə yetirir. ABŞ prizmasından baxdıqda vəzifəsini yerinə yetirir. Ağır bir ittiham olacaq, amma NATO ABŞ-a bir vasitəçi təşkilat kimi çalışır" deyib.
 

NATO İLLEQAL BİR TƏŞKİLAT KİMİ
 
NATO-nun İlleqal bir təşkilat olduğunu qeyd edən Başbuğ, bu məsələni belə yekunlaşdırır:
“Terror təşkilatları, günümüzdə legal və qeyri-qanuni olaraq çalışır. Legal təşkilatlar olan PKK, PYD, SPG, Əl-Qaidə, DHKPC, bunların hamısı ABŞ-ın legal təşkilatlarıdır. Vəkalət müharibələri üçün istifadə etdiyi qurumlardır. Pərdə altında qalan təşkilatlara isə də NATO-nu missal göstərə bilərəm. NATO hazırda bildiyiniz vasitəçi təşkilat kimi ABŞ-a xidmət edir. Bunu ilk qurulduğu gündən bu yana edir. Biz NATO-nun ölkə olaraq ən böyük ikinci ordusuyuq. Amma biz bu günə qədər NATO-dan çox ciddi bir töhfə heç vaxt görməmişik. Əksinə, çevrilişlərlə, embarqo, Milli Müdafiə Sənayemizdə etdiyi gecikmələr və baş qatmaqla vaxt və qüvvə itkisi yaşamışıq".
 
ABŞ və NATO arasında necə bir mənafe əlaqəsi var?
 
Başbuğ, terror təşkilatı PKK/YPG qurulmadan əvvəl aparılan çirkli plan üzərindən məsələni belə əlaqələndirdi:
“Bu məsələyə bu şəkildə nümunə verə bilərəm. 8 avqust 1977-ci ildə terror təşkilatı PKK/YPG qurulmadan əvvəl İpsalada bir TIR yaxalandı. Belçika çıxışlı, Rum mənşəli şəxsin şirkətindən yüklənən bir materiallar idi bu. TIR-ın içində 1350 dənə silah ələ keçirildi. Plan bu idi: Yunan kəşfiyyatının müşayiəti ilə bu silahlar İpsalaya gətirildi. Buradan da Habur sərhəd məntəqəsindən çıxış edib, PKK-ya təslim ediləcəkdi. Söhbət 1977-ci ildən gedir. Hansı ki, 1 il sonra PKK terror təşkilatı qurulduğunu elan etdi. Terror təşkilatına Belçikanın inanılmaz bir dəstəyi oldu. Yaxın bir tarixdə təxminən bir ay öncə, Belçika hərbi kəşfiyyat təşkilatının PKK ilə əməkdaşlıq etdiyini Belçikada nəşr olunan bir jurnal ifşa etdi. Məsələ Belçikada çox müzakirə edildi. Baş qərargah içərisində yerləşən hərbi kəşfiyyatın PKK/YPG-yə təlim verdiyi və gizli görüşlər keçirdiyi üzə çıxdı. Belçikanı nə üçün nümunə verdim? NATO-nun qərargahı Brüsseldədir. Məsələ çox uzağa gedər deyə, dərinlərə girmək istəmirəm. İzmirdə yaxalanan Keşiş Brunson vardı, məşhur. FETÖ-nun bir çox çirkli işini həyata keçirən adam idi. İstanbul və Ankarada deyil, diqqət edin, İzmirdə 23 il fəaliyyət göstərib, bu keşiş. Brunsonun birbaşa NATO üzərindən məlumat və pul dövriyyəsi etdiyi dövlətin kəşfiyyat hesabatlarında mövcuddur. Buna görə də biz NATO-nu, bizim işlərimizə pəl vuran, bizim əleyhimizə çalışan bir quruluş olaraq gördük".
Müxalifət.az