Narkotik alverçiləri TUTULDU

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in saytının verdiyi məlumata görə, Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rasim Quliyevdən 3 kiloqram 15 qram marixuana götürülüb.
Tərtər rayonu ərazisində Hacıqərvənd kənd sakini Samir Məmmədov 415,707 qram marixuananı satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən şəhər sakini Ramil Fərziyevdən 460 qram marixuana götürülüb. Hər bir faktla bağlı araşdırma aparılır.