​NARKOTACİRİN ETİRAFLARI: “1 kibrit qutusunu 60 manata satdım” – VİDEO

Baxış sayı:
7639

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 şəxs saxlanılıb.
ARB TV xəbər verir ki, araşdırmalarla onların şəhər sakini Mirzam Zamanov, əvvəllər məhkum olunmuş Şirvanlı və Quxur-oba kənd sakinləri Xaliddin Səfibəyov və Rövşən Sədullayev olduqları müəyyən edilib.
Saxlanılan zaman hər üç şəxsin üzərindən satış üçün hazırlanmış kağız bükümlərdə və kibrit qutusunda narkotik maddələr olan marixuana aşkar olunub.
Ümid Xankişiyev – Müstəntiq: “Saxlanılan şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Məlumatın yoxlanılması zamanı Mirzam Zamanov, Xaliddin Səfibəyov və Rövşən Sədullayevdən qanunsuz olaraq satış məqsədi ilə saxladıqları ümumi şəkisi, 37q qurudulmuş marixuana aşkar edilərək götürülüb”.
Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək illərdir narkotik satışı ilə məşğul olduqlarını bildiriblər.
Saxlanılan şəxs: “Maşına oturub kəndə getdim, ora çatanda imkan olmadı heç marixuananı görüşəcəyim adama verməyə, polislər gəlib məni tutdular”.
Saxlanılan şəxs: “Yalama Gömrük Postundan keçmək istəyirdim qarşımda bükülmüş sellofan torba var idi, götürüb qoydum cibimə, gəldim evə. Açdım baxdım içərisində nəşə tumu var idi. Onları kibrit qutularına yerləşdirdim. Fevralın 20-si tanışım gəlib mənə dedi ki, nəşə istəyirəm. Ona 1 kibrit qutusunu 60 manata satdım”.
Faktlar araşdırılır.