Nardaranda əməliyyat – Torpağa basdırılmış silah çıxarıldı

Baxış sayı:
8224

Nardaran qəsəbəsində silah tapılıb.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Z.Həsənova məxsus həyətyanı sahəyə baxış zamanı torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng aşkar edilib.
Silah götürülərək aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.