"Namizədlər üçün bərabər imkanlar yaradılmayıb" - DEMOKRATİK TƏSİSATLAR İNSTİTUTU

Baxış sayı:
1518

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı ikinci aralıq hesabatını yayıb.
 
Sənəddə deyilir ki, seckiqabağı təşviqat prosesində siyasi azadlıqların, xüsusilə ilə söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığının təmin olunması yönündə irəliləyişlər baş verməyib, siyasi məhbus hesab edilən şəxslər azad edilməyib. 
313 namizәd qeydiyyatdan sonra çox qısa vaxt ərzində namizədliyini geri götürüb. 
“Müşahidələr onu göstərir ki, namizədliklərin kütləvi surətdə və dərhal geri götürülməsi bu prosesin göstərişlə həyata keçirilməsi şübhəsi yaradır. Bu qənaətə gəlməyə əsas, həm də namizədliyini geri götürən şəxslərin əksəriyyətinin dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə işləməsi rol oynayır”, - deyə hesabatda qeyd olunur. 
IDI-nin apardığı monitorinq nəticəsində seçkilərdə iştiraka davam edən namizədlərin sayının 1305 nəfər olduğu müəyyən olunub. 
Müxalifətin əhəmiyyətli bir hissəsi olan Milli Şura seçkilərdə iştirak etmir və bu dövr ərzində hər hansı kütləvi tədbir keçirməyib. Digər aparıcı müxalif qurumlar olan Musavat Partiyası, Real Partiyası və müstəqil namizədlərin fəaliyyəti isə daha çox seçki dairələrinə fokuslanıb, ölkəmiqyaslı hər hansı kütləvi tədbirlər keçirməyiblər. Nəticə etibarı ilə seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi imkanları itirilib. 
IDI ilə əməkdaşlıq edən muşahidəcilər ölkənin 78 secki dairəsi üzrə uzunmuddətli muşahidə zamanı seckiqabağı təşviqat kampaniyasının gedişində müxtəlif pozuntu hallarını qeydə alıblar. Belə ki, seckiqabağı təşviqat prosesi yerli icra orqanlarının secki prosesinə mudaxilələri, müxalif namizədlərə, onların təşviqatçılarına qarşı təzyiqlər, inzibati resurslardan istifadə halları, namizədlər arasındakı bərabərlik prinsipinin pozulması ilə muşayiət olunub. 
Təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək istəyən KİV-lərin qiymətləri əksər namizədlər ücün əlçatan olmayıb. 
Yerli muşahidəcilərin qeydiyyatı prosesi uzrə yubanmalar və məhdudiyyətlər qeydə alınıb.  
MSK tərəfindən exit-poll keçirmək üçün 3 təşkilat qeydiyyata alınıb. Lakin ictimai rəydə həmin qurumların keçirəcəyi sorğunun obyektivliyinə ciddi şübhələr var.  
IDI hesab edir ki, seçki huququnu pozan butun şəxslər, xüsusən də bu işlərdə iştirak etmiş dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Secki komissiyaları secki gunu muşahidəcilərə secki prosesini normal şəraitdə müşahidə etmək üçün şərait yaratmalıdır. Seçki günü səsvermə və səslərin sayılması prosesinə yerli icra orqanları və digər strukturların kənar mudaxilələrinin qarşısının alınması üçün hakimiyyət siyasi iradə numayiş etdirməlidir.