Nalbəndyandan çarəsiz etiraf: “Bakının pulu var…”

Azərbaycanın pulu var, ona görə də Rusiyadan silah alır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan Ermənistan-Diapor Ümumerməni Forumunda çıxışı zamanı söyləyib.
“Bu gün silah bazarı o dərəcədə qəddar bazara çevrilib ki, silah satıcıları özlərinə alıcı tapmaq üçün mübarizə aparırlar. Azərbaycanın isə pulu var”, – deyə o bildirib.