Naftalanda “VAZ 2107” və “Mitsubishi” toqquşub

Naftalanda xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
Naftalan şəhərində “VAZ 2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan biri - Naftalan şəhər sakini, 1978-ci il təvəllüdlü Ülfət Həsənov Goranboy Rrayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 Faktla bağlı Naftalan Rayon Polis Şöbəsində araşdırma aparılır.