Ən sərt soyuqlara hazır olun: NASA-dan AÇIQLAMA

Baxış sayı:
4468

Amerikan Milli Aviasiya və Kosmos Dairəsi (NASA), yeni iqlim araşdırmasını dərc edib. Araşdırmaya görə, qarşıdakı bir neçə ay içərisində kosmos əsrinin ən aşağı temperaturları görülə bilər.
 
 Araşdırmanı birlikdə icra edən Martin Mlynczak və doktor Toni Filips, günəş ləkələrinin bu günə qədərki ən aşağı səviyyələrə endiyi bir dövrə qədəm qoyulduğunu bildirib. 2018-ci ilin əvvəlində günəşdə ləkə yaranmasına rast gəlinmədiyini vurğulayan elm insanları, bunun nəticəsi olaraq yer atmosferinin üst təbəqələrində dəyişiklik müşahidə etdiyini açıqlayıb.
 
Soyuma və tənəzzül var
 
NASA peyklərindən alınan məlumatlara görə, Dünyanın ən yüksək atmosfer təbəqəsi Termosferdə soyuma ilə tənəzzül var. Atmosferin yarı miqyası getdikcə daralır.
Martin Mlynczak və həmkarları, qısa bir müddət əvvəl Termosfer iqlim indeksini açıqlayıblar. Bu indeks nə qədər nitrat oksidin kosmosa hansı nisbətdə salındığını göstərir. Günəş fəallığının ən yüksək olduğu dövrlərdə Termosfer iqlim indeksi yüksək (qaynar), Günəş fəallığının az olduğu dövrlərdə aşağıdır (soyuq).
NASA tədqiqatçısı Mlynczak, "Hazırda nitrat oksid səviyyəsi həqiqətən çox aşağıdır, hətta Günəş dövriyyəsinin daha fəal mərhələlərində gördüyümüzdən 10 dəfə aşağıdır. Əgər mövcud proses eyni şəkildə davam edərsə, çox yaxında Kosmos çağında rekord soyuqlar görülə bilər. Hazırda tam olaraq o səviyyədə deyilik, amma bir neçə ay içərisində ola bilər" deyib.
Müxalifət.az