"Ən pozitiv və yaddaqalan Aysellə Araşın çıxışı olub" - FOTO

Baxış sayı:
4294

"Eurovision" təmsilçilərimizdən olan Əməkdar artist Səbinə Babayeva yarışma haqda fikirlərini bölüşüb. Muxalifet.az axşam.az-a istinadən bildirir ki, müğənni bildirib ki, indiyənə qədər Azərbaycanlı təmsilçilər arasından ən bəyəndiyi çıxış Aysel Teymurzadə və Araş olub: "Həm yaddaşımda, həm ürəyimdə yalnız bir nömrəmiz qalıb: o da Ayselin çıxışı idi". Səbinə ona yazılan "Çingiz də geri qalmadı" şərhinə "Geridə qalanlar çoxdur, amma Çingiz deyil. Çıxışlarımızın əksəriyyəti gözəldir, keyfiyyətlidir. Sadəcə, mənim zövq və ürəyimə görə ən yaddaqalan, xoş, pozitiv atmosferlə dolu, şən və hətta Avropada məşhur olan məhz Aysel və Araşın mahnısı olub" cavabını yazıb. Qeyd edək ki, Aysel və Araş 2009-cu ildə "Always" mahnısı ilə Azərbaycanı təmsil etmişdi.