​Müxalifətçi xanım döyülüb

Baxış sayı:
4142

Dünən axşam saatlarında müxalifətçi xanım Nuridə Quliyeva naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb.
Bu barədə saytımıza Nuridə xanımın özü məlumat verib. Onun bildirdiyinə görə axşam saatlarında Səbail rayonu ərazisində evə gedərkən yaşadığı məhəlləyə yaxınlaşanda iki nəfər tanımadığı qadın ona hücum edib. Həmin şəxslər N.Quliyevanı söyüb təhqir ediblər. Səbəb kimi də N.Quliyevanın insanlar arasında dövlətə qarşı təbliğat apardığını, mətbuatda İ.Əliyevin və hakimiyyətin ünvanına təhqiramiz yazılar yazdığını  göstəriblər. Nuridə xanım həmin şəxslərə dövlətin deyil, hakimiyyətin əleyhinə olduğunu anlatmağa çalışaraq, onların kim olduqlarını soruşduqda həmin qadınların fiziki zorakılığına məruz qalaraq döyülüb. Ətrafda olan insanlar Nuridə xanıma kömək edərək onu həkimə aparıblar, həkimdə müayinədən və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Nuridə xanım bildirib ki, hadisə ilə bağlı 102 xidmətinə məlumat versə də, heç bir reaksiya olmayıb. Ona görə də o başına açılan bu oyunların hakimiyyət orqanları tərəfindən törədildiyinə əmin olduğunu bildirib.
Xatırladaq ki, Nuridə xanım siyasi fəaliyyətinə, müxalifətin təşkil etdiyi aksiyalarda aktiv iştirakına, həmin aksiyalara insanları cəlb etdiyinə və hakimiyyəti tənqid edən yazılarına görə bundan əvvəl də dəfələrlə təqiblərə, təzyiqlərə, tutulmalara, əsassız saxlanılmalara və qeyri-insani rəftara məruz qalıb.
 
ORXAN