Müxalifət Əsəd ordusunu “sürpriz silahlarla” qarşılayacaq

Baxış sayı:
7123

Rejimin hava və artilleriya hücumlarına qarşı müxaliflər də müəyyən olunan hədəflərə yönəlik İdlib və Xama bölgəsində təsirli hücumlar həyata keçirir.
 
İdlibin şərqindəki Al Vasaka kəndində rejimə aid T-72 tankı müxaliflər tərəfindən minaatanla vurulub. Müxaliflərin rejimin quru və hava hərəkatını "sürpriz silahlarla" qarşılamağa hazırlaşdıqları və indiyə qədər heç vaxt istifadə olunmayan silahlarla cavab verəcəyi bildirilib. Digər tərəfdən, bölgədə intensiv köçə qarşı Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən də ciddi hazırlıq görülür.
Qeyd edək ki, İdlibin cənubundakı kəndlər, dünən səhər saatlarında Əsəd rejiminin topçuları tərəfindən vurulub.
Müxalifət.az