Müxaliflərə edam istəyən Səudiyyə baş prokuroru QAŞIQÇI CİNAYƏTİNİ ARAŞDIRIR – ABSURD

Baxış sayı:
5167

Səudiyyənin baş prokuroru Macibin Səudiyyə rejiminə müxaliflər haqqında edam istədiyi ortaya çıxıb.
 
2 oktyabrda Səudiyyə Ərəbistanı Baş Konsulluq binasına gələn və Səudiyyə səlahiyyətliləri tərəfindən öldürülən Camal Qaşıqçı üçün İstanbula gələn prokuror Macibin müxaliflər haqqında edam istədiyi ortaya çıxıb.
Qeyd edək ki, vəliəhd şahzadə Muhəmməd bin Salman, 2017-ci ildə əmisi Məhəmməd bin Nayefi vəzifədən alıb və çox sayda şahzadə və müxalifətçini həbs etmək üçün hərəkətə keçmişdi.
Vəliəhd bin Salman, vəzifəyə gələndən sonra baş prokuror olan Macib, milyonlarla dollarlıq "korrupsiya əməliyyatını" idarə etmiş və çoxsaylı Səudiyyəli zənginlərin mal varlığına əl qoymuşdu.
Korrupsiya əməliyyatı ilə birlikdə çox sayda müxalif dəvətçilər və alimlər də həbs olunaraq nəzarətə alınmışdı. Dünya şöhrətli Salman əl Avdə də həbs olunanlar arasında yer almış, hətta həbsxanada aclıq aksiyasına başlamışdı.
 
MACİB EDAM İSTƏDİ
 
Salman əl Avdə-nin oğlu Abdullah Avdə, Qaşıqçı cinayəti ilə bağlı baş prokurorun İstanbula gələcəyinin açıqlanmasından sonra Twitter hesabından verdiyi açıqlamada atası Salman əl Avdə haqqında edam istəyən şəxsin də yenə baş prokuror Macib olduğunu açıqlayıb.
Müxalifət.az