​Müttəfiq qüvvələr hücuma keçdi: 16 kv/km ərazi...

Baxış sayı:
5701

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin Hudeyda şəhərində husilərə qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
Muxalifet.az xəbər verir ki, müttəfiq qüvvələr bir neçə istiqamətdən hücuma keçib.
Məlumata görə, əməliyyatda məqsəd Hudeydanın şərqində 16 kv/km ərazidə mövqeləri möhkəmləndirmək və husilərin Səna ilə Hudeyda arasında əlaqələrini kəsməkdir.