Müstəntiq küçədə yıxıldı və öldü

Baxış sayı:
2422

Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb.
 
Report xəbər verir ki, 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu küçə ilə hərəkət edərkən yıxılıb.
Nəticədə onun başı səki daşına dəyib və vəfat edib.
Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.
Cavid Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.