Mustafa Cəmilovdan ŞOK AÇIQLAMA: “Krıma gizli yolla 1 milyon rus köçürülüb”

Baxış sayı:
820

Rusiya gizli şəkildə öz ərazilərindən Krıma 1 milyona yaxın rus köçürüb.
Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilov bildirib.
Onun dediyinə görə, belə kütləvi köçürülmənin səbəbi yarımadada yaşayan Krım tatarlarını tədricən çıxışdırmaqdır.
Cəmilov onu da bildirib ki, bu yaxınlarda Moskvadan Krım FTX-sinin rəhbəri Sergey Aksyonova ünvanlanmış bir məktub göndərilib. Məktubda açıq şəkildə bildirilir ki, “Krım tatarlarının psixoemetsional vəziyyətini gərginləşdirmək üçün fəal millətçi tatarların evilərində axtarışlar aparılsın, kiçik qanun pozuntusuna görə, cəzalar verilsin, bəziləri filtirasiyadan keçirilsin”, - deyə Cəmilov qeyd edib.