“Müsəlman Qardaşlar”dan ŞOK “Mursi” İDDİASI

Baxış sayı:
5074

“Müsəlman Qardaşlar” (İhvan) təşkilatı Misirin demokratik seçkilərlə vəzifəyə gəlmiş ilk dövlət başçısı Məhəmməd Mursinin qəsdən öldürüldüyünü irəli sürüb. İhvan tərəfindən edilən açıqlamada, "Mursi çox ağır şərtlərdə həbsxana kamerasında saxlanaraq müalicə haqqı kimi ən elementar haqlardan da məhrum edilərək ölümə tərk edildi" ifadələri diqqət çəkib.
 
Açıqlamada, Mursinin ölümü ilə əlaqədar beynəlxalq bir araşdırma komissiyası qurulması çağırışı edilib.
 
İHVAN-dan BMT-yə ÇAĞIRIŞ
 
İhvan BMT və digər insan haqları qurumlarını vəzifəyə çağıraraq Misirdəki həbsxanalarda tətbiq olunan tibbi laqeydlik yoluyla tədricən ölümlərə son verilməsi üçün Misir rejiminə təzyiq edilməsini istəyib.
Müxalifət.az