“Müsəlman Qardaşlar”dan ABŞ-a cavab

Baxış sayı:
5776

“Müsəlman Qardaşlar” Təşkilatı (İhvan) ABŞ rəhbərliyinin onları "Xarici terror təşkilatları" siyahısına salma prosesinin sürdüyü ilə bağlı açıqlamasına cavab verib.
 
“İhvan”ın internet saytından edilən açıqlamada, "Əvvəl Allahın yardımı, sonra ətrafımızdakı xalqlarla əməkdaşlıq etməklə, sahib olduğumuz “sülhpərvər orta yol” düşüncəmizlə işə davam edəcəyik" deyə qeyd edilib.
Açıqlamada, ABŞ sözcüsünün bəhs etmiş olduğu mövzunun hədəfi nə olursa olsun, ABŞ-ın qərar alma mexanizminə qatılanların bəzilərinin alınan bu qərara qarşı təpkilərin necə olacağını çox yaxşı bildiyindən əminik" deyilib.
Qeyd edək ki, Ağ Ev sözçüsü Sarah Sanders dünən etdiyi açıqlamada, "Prezident milli təhlükəsizlik heyətləri və öz narahatlıqlarını paylaşan bölgə liderləriylə lazımlı məsləhətləşmələr edib. Müsəlman Qardaşlarını terror siyahısına salma əməliyyatı ilə proses davam edir" deyə bəyan etmişdi.
Müxalifət.az