​"Müsəlman Birliyi" hərəkatının fəalı BMCMİ-də saxlanılır

Baxış sayı:
5434

Fevralın 26-dan yoxa çıxan "Müsəlman birliyi" hərəkatının fəalı Rəvan İsmayılov tapılıb.
Hərəkatdan "Amerikanın səsi"nə bildiriblər ki, bu gün o evə zəng edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.
Təşkilat Rəvan İsmayılovun hüquqlarının müdafiəsi üçün vəkilə müraciət edəcək.
Bir müddətdir Rusiyada yaşayan Rəvan İsmayılovun yaxınlarının yaydığı məlmata görə, o, fevralın 26-də günorta saat 12-də Bakıda hava limanında olmalı idi. Lakin Bakıya çatandan sonra ondan xəbər çıxmayıb.
Qeyd edək ki, Rəvan İsmayılov sonuncu dəfə keçən il oktyabrın 4-də polis tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məclləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabesizlik) maddəsini pozmaqda təqsirli bilinərək 30 sutka azadlıqdan məhrum edilib.
Xəbərdə deyilənlərlə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.