“Musa Yaqub mənə müraciət etməyib, nə istəyir, bilmirəm?!” - Anar Rzayev danışdı

Baxış sayı:
16531

"Musa Yaquba həmişə yüksək münasibət göstərmişik, hörmətini gözləmişik”.
Bunu BakuPost-a açıqlamasında AYB sədri, yazıçı Anar deyib. O, şair Musa Yaqubun "AYB xəstə vaxtı mənə kömək etmədi” iddiasına münasibət bildirib. 
A.Rzayev bildirib ki, AYB-də Musa Yaquba münasibət həmişə yüksək olub: "Onun yubileyini də qeyd eləmişik. İndi nə istəyir, xəbərim yoxdur”.
AYB sədri deyib ki, Musa Yaqub xəstə vaxtı ona kömək edilməsi ilə bağlı ona heç vaxt müraciət etməyib.