Müqaviləsiz “Brexit”in qarşısını alacaq layihə təsdiqləndi

Baxış sayı:
14704

 İngiltərədə bir qrup deputatın hazırladığı ölkənin Avropa Birliyindən müqaviləsiz ayrılmasını qarşısını almağa yönəlmiş qanun layihəsi İcmalar Palatasında qəbul edilib
 
Ana müxalifətdəki Fəhlə Partiyasının deputatı Yvette Cooper-in rəhbərliyi altında hazırlanan və ölkənin Aİ-dən müqaviləsiz ayrılmasının qarşısını almağa yönəlmiş qanun layihəsi İngilis Parlamentinin alt qanadı Avam Palatasında 312 səsə qarşı 313 səslə qəbul edilib.
Layihə parlamentin üst qanadı Lordlar Palatasına göndəriləcək. Sabah və ya cümə günü Lordlar Palatasında səsverməyə çıxarılacaq layihə orada da qəbul edilərsə, kraliça 2-ci Elizabetin təsdiqiylə qüvvəyə minəcək.
Xəbərə görə, layihə qanunlaşdığı təqdirdə Teresa Mey hökuməti Britaniyanı Aİ-dən müqaviləsiz ayıra bilməyəcək və Aİ-dən yeni bir uzatma tələb etməyə məcbur qalacaq.
Qeyd edək ki, Mey dünən 7 saat davam edən Nazirlər Kabineti toplantısının ardından verdiyi açıqlamada, Brexit üçün qısa müddətli yeni bir gecikdirməyə ehtiyac olduğunu bildirmişdi.
Ancaq parlamentdə çox sayda millət vəkili hökumətin “Brexit” prosesində nümayiş etdirdiyi fəaliyyətlə əlaqədar Meyin bu mövzudakı sözünə etimad göstərmədiklərini açıqlamışdı.
Mey İngiltərənin 23 mayda keçiriləcək Avropa Parlamenti seçkilərinə girmək məcburiyyətində qalmadan Aİ-dən ayrılması lazım olduğunu müdafiə edir.
İngiltərənin AB ilə gəldiyi son razılığa görə, ölkənin Aİ-dən rəsmən ayrılma tarixi 29 martdan 12 aprelədək təxirə salınmışdı.
İngiltərənin 10 apreldə “Brexit” gündəmi ilə toplanacaq Aİ liderlər zirvəsində, Aİ-dən son bir uzatma tələb etmək imkanı var.
Ancaq AB tərəfi hər hansı bir uzatmanın faktiki əsası olması lazım olduğunu açıqlamışdı. Bəzi AB liderləri gözlənilən bu əsasın yeni bir referendum ola biləcəyinin siqnalını vermişdi.
Müxalifət.az