Münbiçdəki terrorçuların “Pəncə” qorxusu

Baxış sayı:
4384

İraqın şimalındakı Hakurka yönəlik başladılan “Pəncə” Hərəkatı PKK/YPG işğalında olan Menbiçdə böyük əks-səda doğurub. Suriyada təşkilatın ABŞ-ın dəstəyi ilə işğal etdiyi Münbiçdə terrorçular çaxnaşmaya düşüb. Çünki TSQ bir tərəfdən Şimali İraq əməliyyatını icra edərkən, digər tərəfdən Münbiç sərhədinə də hərbi birlik və sursat daşımağı davam etdirir. Azad Suriya Ordusunun (ASO) birlikləri Münbiç sərhədində 24 saat müşahidə edir. ASO-ya bağlı Həmzə Diviziyasının komandiri Seyfeddin Polad Münbiçdən əldə etdiyi məlumatları açıqlayıb: ÇAXNAŞMA YAŞAYIRLAR "TSQ-nın sıradakı hədəfi Münbiçdir və terror təşkilatı bunu bilir. Şəhərdəki terrorçularda qorxu hakimdir. Hətta Münbiçdən ayrılmaq istəyən qrupların olduğu məlumatı bizə çatdı. Bir tərəfdən də TSQ-nın hərbi daşımalarını davam etməsi əməliyyat ehtimalını gücləndirir. Terror təşkilatı bölgədəki Türkmən kəndlərindən də lazımlı dəstəyi ala bilmədi. Bu da qorxu və çaxnaşma havasını artırdı. Yerli xalq isə başlayan əməliyyatdan sonra ümidləndi. TSQ və ASO birliklərinin Münbiçi bir an əvvəl terrorçulcardan təmizləməsini gözləyirlər. Münbiç hərəkatının başlamasıyla şəhər qısa müddət içərisində xalqa zərər vermədən nəzarət altına alınacaq". 100-dən ARTIQ ZİREHLİ TEXNİKA SÖVQ EDİLDİ Münbiç sərhəd xəttinə hərbi birlik daşınması fasiləsiz davam edir. Son bir ay içərisində Hatayın Kırıkhan mahalından Suriya sərhədinə 100-dən artıq zirehli teznika daşınıb. Texnika ilə bərabər çox sayda xüsusi təyinatlı komandolar da Suriyaya göndərilib. “Fərat Qalxanı” bölgəsinin hüdud xəttindəki kritik nöqtələrə yerləşən ASO birlikləri isə əllərində ağır silahlarla Münbiç sərhədindəki gözləyişini davam etdirir. Müxalifət.az