Münbiçdə ABŞ əsgərlərini terror etməklə hansı mesajı verirlər?

Baxış sayı:
5071

Suriyanın Münbiç şəhərində ard-arda ikinci dəfə ABŞ əsgərlərinə qarşı terror partlayışı törədildi. Hər iki terror aksiyasını da İŞİD üzərinə götürdü. Bir çox məqamları şübhəli görünən terror hadisələrinə Azad Suriya Kürdləri Dərnəyinin sədri Abduləziz Temo da münasibət bildirib.
 
Abdulaziz Temo “Yeni Şəfəq” qəzetinə etdiyi açıqlamada Münbiç və Şedadidə törədilər terror aksiyalarının bir bombalı yalvarış mesajı olduğunu deyib. ABŞ-ın çəkilmə ehtimalına qarşı Dəməşq və Moskva ilə görüşlərə başlayan PKK-nın muxtar bölgə yaratmaq israrından nəticə ala bilmədiyini qeyd edən Temo, bunları deyib: "Çox sadə bir “quraşdırma” ilə “İŞİD bitmədi” mesajı verməyə çalışırlar. Xəttin ən şərqindən ən qərbinə İŞİD-ın operativ gücünü qoruduğunu izah etməyə çalışan iki hücumu müşahidə etdik. Burada tək bir hədəf var, o da “ABŞ regionda qalsın” iradəsidir. Çərşənbə günü Sabri Ox, Moskvaya getdi. “ABŞ gedəcək” qorxusu ilə hər yola əl atırlar. Daha əvvəl dəfələrlə Lazkiyə-Hımeymim Rusiya Hərbi Bazasına gedərək Ruslara yalvardılar. Rusiya ABŞ-dan sonra yaranacaq boşluğu sürətli bir şəkildə Əsədlə doldurmaq planı daxilində PKK-nı da istifadə etmək istədiyi üçün onlarla görüşməyi davam etdirir".
Müxalifət.az