Münbiçdə 7 istiqamətdə əllər tətikdə: ƏMƏLİYYAT AN MƏSƏLƏSİDİR

Baxış sayı:
5089

Azad Suriya Ordusunun(ASO) Münbiç Hərbi Məclisinin başçısı Adnan Əbu Faysal, TSQ və ASO birliklərinin əməliyyat üçün 7 nöqtədə əllərinin tətikdə olduğunu söyləyib. Münbiçdə 5 min PKK terrorçusunun olduğunu deyən Faysal, "Şərqdə Kıraata kəndindən başlayaraq Çad, Toghar, Hardani, Avn Dedet, Mahselli, Arab Həsən kəndlərindən Sukkariyye qəsəbəsinə uzanan xətt boyunca 20 mindən çox döyüşçü ilə döyüşməyə hazırıq" deyib. Faysal, PKK-nın tək güvendiyi qüvvənin ABŞ olduğunu qeyd edib.
 
ABŞ-ın himayəsində qurulan Münbiç Məclisinin işğal və yağma məclisindən başqa məna daşımadığını ifadə edən Əbu Faysal, belə dsöuləyib: "ABŞ orada qalmaq üçün terrorizmə legitimlik qazandırmaq istəyir. Üzvlərinin hamısının Qəndildən gələn terrorçularla formalaşan bir Məclis Münbiçi təmsil edə bilməz. Biz bütün hazırlıklarımızı bu işğala və yağmaya son vermək üçün görürük."
 
DÖYÜŞMƏYƏ HAZIRIQ
 
PKK-nın Münbiçdə 5 min nəfərlik döyüşçüsünün olduğunu deyən müxalif komandir, Münbiç'in şərqində Kıraata kəndindən başlayaraq Çad, Toghar, Hardani, Avn Dedet, Mahselli, Arab Həsən kəndlərindən Sukkariyye qəsəbəsinə uzanan xətt boyunca 20 mindən çox döyüşçü ilə terror təşkilatına qarşı döyüşməyə hazır olduqlarını söyləyib.
 
PKK QORXAQLAR ORDUSUDUR
 
Cəbhə xəttində açıqlama verən Adnan Əbu Faysal, son gəlişmələri belə izah edib: "PKK-nın hamısı qorxaqlar ordusundan ibarətdir. Döyüşçüləri motivasiya etmək üçün bir dəyərləri yoxdur. Onlar daimi çaxnaşma içindədirlər. Cəbhə xəttinə ABŞ əsgərləri və zirehli texnikaların müşayiəti ilə gələ bilirlər. Öz texnikaları belə döyüşçü dəyişikliyinə gəlməkdən qorxurlar.”
Müxalifət.az