“Münbiç və Fəratın şərqinin nəzarəti Türkiyədə olmalıdır” – Prezident sözçüsü

Baxış sayı:
11185

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, 'Münbiç və Fəratın şərqində bizim təməl gözləntimiz bölgənin nəzrətinin Türkiyədə olmasıdır' deyib.
 
Kalın, "Hörmətli Trampın Suriyadan çəkilmə qərarından sonra Amerikan rəhbərliyinin hərbi strukturlarının bu mövzuda bəzi planlaşdırmalar etdiyini bilirik. Biz də bildiyiniz kimi, burada bəzi nümayəndə heyətləri qəbul etdik" deyə söyləyib.
Xarici işlər naziri Mevlüd Çavuşoğlunun bu mövzunun təqibi üçün ABŞ-a gedəcəyini və oradakı Türkiyə-Suriya koordinasiya yığıncağına qatılacağını dilə gətirən Kalın, orada da təhlükəsiz bölgə məsələsinin ətraflı bir şəkildə müzakirə olunacağını deyib.
Bu mövzuda təməl gözləntilərinin Türkiyənin milli təhlükəsizliyini təminat altına alacaq addımların atılması olduğuna işarə edən Kalın, belə davam edib:
"Burada yaradılacaq təhlükəsizı bölgə üçün 30 -35 kilometr kimi rəqəmlər tələffüz edildi, bunu nə şəkildə, hansı modellə, sahədə nə cür hərbi varlıqla edəcəyimiz mövzusunda biz bəzi gerçəkləri izah etdik. Bu bölgənin nəzarəti Türkiyədə olmalıdır, bir başqa gücün nəzarətində olmamalıdır, çünki yenə keçmişdən əldə etdiyimiz təcrübələrlə bu bölgəni də zəmanət altına ala biləcək tək gücün Türkiyə və Türk Silahlı Qüvvələri (TSQ) olduğuna biz inanırıq. Bu günə qədər Cerablus bölgəsində olsun, Afrin və İdlib bölgəsində olsun, Türkiyənin əlaqədar bütün strukturları, hərbi, kəşfiyyat qurumları hər kəsə artıq təhlükəsizliyin təmin edilməsi imkanları və vasitələrə malik olduğunu göstərdi.
Bu səbəbdən Münbiçdə və Fəratın şərqində bənzər bir modelin tətbiq olunması üçün bizim təməl gözləntimiz bu bölgənin nəzarətinin Türkiyədə olmasıdır. Bunun SDG başlığı altında, ya da PYD-YPG kimi terror təşkilatlarına bir qalxan, bir kamuflyaj olmasına Türkiyə əsla icazə verməyəcək. Bu cür fikirləri düşünənlər varsa, bunlardan imtina etmələrini tövsiyə edirik, çünki bu mövzuda biz son 1-1,5 ildə bir çox “baş aldatma” taktikası ilə üz-üzə qaldıq, bizim bu terror təşkilatına, PKK-nın Suriyadakı uzantılarına qarşı mövqeyimiz ciddidir və son dərəcə dəqiqdir".
Müxalifət.az