Münbiçə “Qartal” komandosu: İlk zərbəni onlar vuracaq

Baxış sayı:
7930

 Münbiçə əməliyyat üçün hazır olduqlarını bildirən Həmzə Briqadasının komandiri Seyfəddin Polad, hərəkat öncəsi şəhərdəki bütün xəndək və tunelləri aşkar etdiklərini söyləyib. Polad buradakı terrorçulara ilk zərbəni "Qartallar” Xüsusi Təyinatlı Qüvvənin vuracağını qeyd edib.
 
Fəratın şərqinə yönəlik hərəkat çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) sərhəd xəttinə əsgər və texnika daşınması davam edərkən, sərhəd xəttinin digər ucundakı Azad Suriya Ordusunda (ASO) da hazırlıqlar gedir. ASO içində Xüsusi Qüvvələr kimi tanınan Həmzə Briqadasının komandiri Seyfəddin Polad hərəkatın hazırlıqları haqda açıqlama verib.
 
TUNELLƏRİ MÜƏYYƏN ETDİK
 
 Əmrindəki 4500 əsgərin hamısının xüsusi olaraq təlim edildiyini bildirən Polad, "Mümkün Münbiç hərəkatına qarşı hazırıq. Terror təşkilatının bütün qarşı həmlələrinə görə, hazırlıqlarımızı görmüşük. Haralara xəndək qazdıqlarını, haralara tunellər inşa etdiklərini tək-tək müəyyən etdik. Hərəkat zamanı terrorçuların qaçış marşrutlarına qədər hər detalı planladıq” deyib.
 
“QARTALLAR” XÜSUSİ TƏYİNATLILARI
 
 Hərəkətə keçmək üçün Türkiyədən əmr gözlədiklərini deyən Polad, 6 min nəfər arasından seçdikləri 20 nəfərlik qrupdan da bəhs edib. Xüsusi yaradılan qrupun 3 ay təhsil aldığını qeyd edən Polad, deyib: "Xüsusilə terror təşkilatı ilə yaxın təmasda bu birlik yer alacaq. Bina və xəndəklərə gizlənən terrorçulara qarşı ilk zərbəni 20 nəfərdən ibarət olan “Qartallar” Xüsusi Qrupu vuracaq".
 
Münbiçi təmizləyəcəyik
 
 “Zeytun Budağı” Hərəkatından sonra terror təşkilatının Şehba və Tel Rifat bölgələrində təşkilatlanmağa başladığını deyən Seyfəddin Polad, "Türkiyənin dəstəyi ilə o bölgələri terrordan təmizləyəcəyik" - deyib. Ağır silahlarını cəbhə xəttinə qoyduqlarını bildirən Polad, "Münbiçdəki işğala son verib, qardaşlarımızı azadlığa qovuşdurmaq üçün mübarizə aparacağıq" deyə söyləyib.
Müxalifət.az