“Münaqişə ilə bağlı mövqeyimizi yumşalda bilərik” - Paşinyan

Baxış sayı:
5110

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqun baş tutması üçün tərəflər bir-birinin arqumentlərini dinləməyə hazır olmalıdır.
 
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
Qarabağ separatçılarının danışıqlar prosesində tərəf kimi iştirakının vacib olduğuna dair əvvəlki destrukriv mövqeyinə sadiq qalan Paşinyan vurğulayıb ki, rəsmi İrəvan tərəfdaşları ilə “fakta əsaslanan” müzakirələri davam etdirəcək və hətta nizamlamaya dair mövqeyini dəyişə bilər. Lakin Azərbaycandan da eyni addım atmasını gözləyir.
“Danışıqlar bir-birimizi eşitmək üçün təşkil olunur. Ermənistan ən azı dinləmək bacarığını nümayiş etdirdi və opponentini anlamağa çalışdı. Və qarşı tərəfdən də eyni şeyi gözləyirik. Tərəfdaşlarımız hesab etsə ki, münaqişənin həlli ilə bağlı hansısa yerdə mövqeyimiz hədsiz sərtdir, onda bu mövqeyimizi yumşalda bilərik, amma opponentlərimizdən də eyni addımı gözləyirik, əks təqdirdə dialoq baş tutmaz”, – Paşinyan deyib.