​Müharibəyə qədər burdayıq - Gürcü legionu

Baxış sayı:
956

Gürcü legionu Ukrayna ordusunu tərk etməyib, sadəcə olaraq bizim alayımız dəyişdirilib.
Muxalifet.az xəbər verir ki, bunu RBK televiziyasına açıqlamasında Gürcü legionunun komandiri Mamuka Mamulaşvili söyləyib.
“Bu 54-cü alayın rəhbərliyi olan daxili konfliktin nəticəsi idi. Buna görə də biz alayı tərk etdik və digər alaya keçdik. Gürcü legionu Ukraynanı Rusiya ilə müharibə bitənə qədər tərk etməyəcək. 54-cü alayı tərk etməyimiz Mixail Saakaşvili ilə Ukrayna Prezidenti Pyotr Poroşenko arasındakı konfliktlə bağlı deyil. Biz yalnız vətəndaşı olduğumuz ölkənin siyasi proseslərində iştirak edəcəyik” – deyə o bildirib.
Qeyd edək ki, Gürcü legionu 54-cü alayı yanvarın əvvəlində alay komandiri ilə yaranan mübahisə ucbatından tərk edib. Buna səbəb dekabrın 16-da keçirilən əməliyyat olub. Bu əməliyyat nəticəsində legionun 11 döyüşçüsü yaralanıb.