Müğənnidən etiraz: "Yolun ortasındakı bu biabırçılıq nədir?" - VİDEO

Baxış sayı:
10756

Müğənni Lətifə Soyuöz şəhərdə qarşılaşdığı bir hadisəni lentə alaraq, profilində yayımlayıb.

Axşam.az-ın məlumatına görə, videoda dörd uşağın taxtadan düzəldilən araba üstündə oturması, birinin isə onları aparması əks olunub. Maraqlısı isə odur ki, arabanın avtomobil yolu ilə maşınlarla paralelel hərəkət etməsi olub.

Kənardan isə heç kim onlara müdaxilə etməyib. Lətifə videoya "Qonaqların olduğu ərəfədə şəhərdəki bu görüntü nədir? Biz Hindistanda yaşayırıq? Yolun ortasındakı biabırçılığı biri mənə başa salsın" sözlərini deyib.