Müdafiə Nazirliyi 123 rəsmi məlumat və...

Baxış sayı:
25159

Ötən ilin dekabr ayı ərzində nazirlik ilə müxtəlif dövlət, icra hakimiyyəti strukturları, eləcə də yerli və xarici qeyri-hökumət təşkilatları, ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzuda tədbir və layihələr həyata keçirilib. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəmkir, Ağdaş, Göygöl, Füzuli, Beyləqan, Bərdə, Tovuz, Qazax, Qusar və Xocavənddə hərbi-vətənpərvərlik mövzusunda 13 tədbir keçirilib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ötən il ictimaiyyətlə əlaqələr sahəsində nazirlik tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədar bildiriblər.
Qeyd olunub ki, dekabrda Gənclər və İdman, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər və Bilik fondları, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad universitetləri, Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Yeni Azərbaycan Partiyasının Nəsimi və Nizami rayon təşkilatları, “İrəli”, “Xocalı Soyqırımını Tanıtma” İctimai birlikləri və digər qurumların nümayəndələrinin iştirakı ilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20-dən artıq tədbir təşkil olunub, şəxsi heyətlə görüşlər keçirilib.
Dekabrda ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 127 rəsmi məlumat, 83 foto, 4 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə ötürülüb, media nümayəndələrinin 7 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən çəkilişlər aparılmasına 3 icazə məktubu verilib. Təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və informasiya agentlikləri Bakıda və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə keçirilən 12 tədbirə dəvət olunub.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.