Mübariz Mənsimov haqqında həbs qərarı - FƏTÖ İTTİHAMI... / Yenilənib

Baxış sayı:
2911

“Milliyet”in xəbərinə görə, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan Mübariz Mənsimov Qurbanoğlu və şirkətinin meneceri Nuray Nurcihan Perker dünən axşam Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib.

Qurbanoğlu və Perker ifadə verdikdən sonra haqlarında həbs tələbi ilə məhkəməyə göndərilib.

Perker şərti azadlığa buraxılıb, Mənsimov isə həbs olunub.

***

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.

Muxalifet.az xəbər verir ki, bu barədə "Hurriyet" informasiya yayıb.

Qeyd edək ki, Mənsimov Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqələri olduğu ittihamı ilə saxlanılmışdı.

Az sonra Mənsimovun həbsi ilə bağlı əlavə məlumat veriləcək.