​Mübariz İbrahimovu təhqir edən Nərminin məhkəməsində ŞOK- Məhkəməni saymadı...

Baxış sayı:
6226

Xətai Rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu aşağılayan tələbə Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az Femida.az -a istinadən xəbər verir ki, məhkəməyə N.Şahmarzadə və vəkili gəlməyib. O, məhkəməyə vəsatət təqdim edib ki, baxış onun iştirakı olmadan keçirilsin. Lakin qarşı tərəfin vəkili Ramil Rüstəmov Şahmarzadənin vəkili olmadığı üçün qarşı tərəfin iştirakını tələb edib.
Hakim məhkəmənin mayın 8-ə təxirə salınması barədə qərar verib.
Qeyd edək ki, Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.
Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, beynəlxalq dərəcəli idman ustası Araz Musayev və bir sıra vətənpərvərlər qoşulub.