​MƏTBUATIN HƏDƏFİNDƏ OLAN MƏMUR - Allahşükür Paşazadə ötən həftə “liderliyini” qorudu

İkinci yeri İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev tutur

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
 
18-24 sentyabr tarixlərində mətbuatda ən populyar olan məmurlarımız haqqında məlumat

Ötən həftə - 18-17 sentyabr 2017-ci il tarixlərində elektron mətbuatda adı ən cox yayımlanan vəzifəli şəxs Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə olub. Mətbuatda gedən məlumatları aşağdakı kimi ümumiləşdirmək mümkündür.  Allahşükür Paşazadənin kürəkəni Əlihüseyn Salahzadə “Azərsu” ASC-nin nəzarətçisini döydüyünə görə həbs olunub, Şeyx hansı iddiasına görə cəzalandırılır? Şeyxin oğlu nazir müavini olmalı imiş, Şeyxin “vurulmasında” Rusiya izi iddiaları və Şeyxin Türkiyəyə getmiş oğlunun Azərbaycana qayıtması...

Mətbuatda ən çox adı hallanan 2-ci məmur 2 məlumatın 15 elektron KİV vasitəsində yayımlanan Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev olub. “Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər” adlı məqalədə Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülmə sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borcların uçotdan yayındırılmasını nəzərə alaraq, tədbirlər görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul etməsi və “YAP-çı deputatın harada olduğu bilinmir” adlı yazıda isə Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması barədə məlumat verilir.

Araşdırma müddəti ərzində  ən çox gündəmi zəbt edən 3-cü məmur isə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov və dolayısı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı olub. Direktor Azad Cavadov haqqında 10 mətbuatda yayılan məktubda, onunla və Rüfət Aslanlıyla bağlı çoxsaylı ciddi itihamlar yer alıb.

4-cü sırada isə A.Cavadov və R.Aslanlıdan 1 məlumat azılığı ilə geri qalan 3 adda məqalənin 9 KİV-də yayımlanması ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov olub. Onun barəsində gedən “Nazim İbrahimovla bağlı qalmaqal - “Mənə 159 min borcu var”, “İbrahimovlara “əcəl zəngi”…”, “Federasiya əldən çıxdı, komitə də ləğv edilir və Nazim İbrahimova “yol görünür”: Dövlət Komitəsinin ləğvi gündəmə gəldi” adlı yazılar əsasən Komitə sədrinin “Qılıncoynatma Fedarsiyası”nın prezidentliyindən çıxması və Komitənin ləğv olunacağı barədədir.

Muxalifet.az
 
 

 

STATİSTİK TƏHLİL