Mətbuat Aydın Əliyevi nə üçün hədəfə alıb? – GÖMRÜK KOMİTƏSİ SƏDRİNİ HƏFTƏNİN “LİDERİ” EDƏN YAZILAR

Ötən həftə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov ikinci, İqtisad Universitetinin rektoru Ədalət Muradov üçüncü yeri tutub
 

Baxış sayı:
11187

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
 
Ötən həftə - 11-17 dekabr 2017-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs “Həbs edilən gömrük polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş –TƏFƏRRÜAT” adllı məqalənin 9 elektron KİV-də yayılması ilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev olmuşdur.
 
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Cavid Qurbanov bunları BİLİRMİ? - GİLEY” başlıqlı yazının 7  elektron KİV-də yayılması ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tutur.
 
Nəhayət, ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yerdə “Rektorun şübhəli doktorluq işi araşdırılır...” adllı məqalənin 6 elektron KİV-də paylaşılması ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bağlayır.
.
DEPUTAT İMAMVERDİ İSMAYILOV MEDİANIN "QARA SİYAHI"SINDA
  
Həftə ərzində “İmamverdi İsmayılov Əli İnsanovla bazarlıqda…” adlı yazının 6 saytda işıqlanması ilə deputat İmamverdi İsmayılov deputatlar arasında həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur.

Muxalifet.az