Məsut Özil A Seriyasında?

Baxış sayı:
4732

"Arsenal”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özil haqqında sürpriz transfer iddiası ortaya atılıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar "topçular”ın heyətində ehtiyatda qalan 30 yaşlı yarımmüdafiəçi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. "İnter” almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. İtaliya təmsilçisinin yaxın zamanda "Arsenal”a rəsmi təklif göndərəcəyi gözlənilir.
Premyer Liqanın son turunda - "Tottenhem”lə London derbisində zədə səbəbiylə heyətdə yer almayan Özilin "topçular”la 2021-ci ilədək müqaviləsi var. O, bu mövsüm "Arsenal” formasıyla iştirak etdiyi 12 oyunda 4 qolla yadda qalıb.
"Arsenal” Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən biridir.