MSK prezident seçkilərinin ilkin nəticələrini açıqladı – YENİLƏNİB

Baxış sayı:
2833

Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.
Xatırladaq ki, MSK bundan əvvəl 125 seçki dairəsi  üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlara əsasən seçkilərin ilkin nəticələrini elan edib. Sayılmış 2 milyon 667 min 220 bülletenə əsasən İlham Əliyev 86,09 faiz, Qüdrət Həsənquliyev 3,4  faiz, Sərdar Cəlaloğlu 2,97 faiz, Zahid Oruc 3, 07 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,4  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.
 
***
 
11 aprel saat 23.02
 
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
 
APA-nın məlumatına görə, MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri aşağıdakı kimidir:
 
İlham Əliyev  – 86,09 faiz
 
Qüdrət Həsənquliyev – 3,4  faiz
 
Sərdar Cəlaloğlu - 2,97  faiz
 
Zahid Oruc - 3, 07 faiz
 
Hafiz Hacıyev - 1,51  faiz
 
Araz Əlizadə - 1,4  faiz
 
Fərəc Quliyev - 1,18  faiz
 
Razi Nurullayev 0, 74 faiz