Məşhur vokalist Kit Flint intihar etdi

Baxış sayı:
8995

Böyük Britaniyanın "Prodiqi" elektron qrupunun vokalisti Kit Flint intihar edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat qrupun rəsmi Instagram səhifəsində yayılıb. “Xəbərlər həqiqətə uyğundur. İnana bilmirəm ki, qardaşımız Kit bu istirahət günlərində özünə qəsd edib”, - kollektivin yaradıcısı Liem Houllet sosial şəbəkədə belə yazıb.
Flintin cəsədi bu gün onun İngiltərənin cənub-şərqindəki Esseks qraflığındakı mənzilində aşkarlanıb. Polis 49 yaşlı musiqiçinin ölüm səbəbi barədə məlumat verməyib, lakin hazırda hadisənin cinayətkar fəaliyyətin nəticəsi olduğunu ehtimal etmək üçün əsas yoxdur.
The Prodigy elektron qrupu 1990-cı ildə yaradılıb. Kit Flint qrupun tərkibində ilk mahnısı olan "Firestarter"lə (1996) populyarlıq qazanıb. Kollektiv ümumilikdə yeddi studiya albomu buraxıb. Onların sonuncusu 2018-ci il noyabrın 2-də təqdim edilib.