MƏŞHUR TÜRK GENERAL BAKIYA GƏLİR

Baxış sayı:
2575

Türkiyə Silahlı Qüvvələrinin sayca 26-cı Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə sosial şəbəkə hesabında Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli məlumat yayıb.
O, qeyd edib ki, İ.Başbuğun səfərində məqsəd konfrans keçirməkdir. Ş.Nəsibli konfransda iştirak üçün qeydiyyatdan keçmək lazım olduğunu vurğulayıb:
“İlkər Başbuğ dünyanın və Türkiyənin hər yerində, universitetlərdə keçirdiyi konfransların birini də Bakıda keçirəcək”.
Qeyd edək ki, İ.Başbuğ 29 aprel 1943-cü ildə Afyonkarahisar bölgəsində Makedoniyadan olan alban emiqrantın ailəsində dünyaya gəlib. O, 30 avqust 2008-ci ildən 30 avqust 2010-cu ilədək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. İ.Başbuğ təqaüddə olarkən – 2012-ci ildə İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən Ergenekon işinə görə həbs olunub. 26 ay həbsdə qalan Başbuğ 2014-cü ildə həbsdən azad olunb. O, hazırda bədii yaradıcılıqla, həmçinin araşdırmalarla məşğuldur. İ.Başbuğ Baş Qərargah rəisi vəzifəsində ilk xarici səfərini Azərbaycana edib.