Məşhur teleaparıcı “Maşın şou”da

Baxış sayı:
7930

Teleməkanın ən reytinqli layihəsi “Maşın” şou dekabrın 13-də başlayacaq.
Minval.info-nun əldə etdiyi məlumata görə, 18 məşhur arasında aktrisa, teleaparıcı Aysel Nazim də var.
Hazırda ATV-də yayımlanan “Sevgi naminə” serialında baş rollardan birini canlandıran aktrisa məşhur layihə üçün seriala da ara verəcək.
Ayseldən başqa reper Ramil Nabran, müğənni Səmra Rəhimli, Mina, aparıcılar Kamilə Babayeva, Ranar Musayev, şairə Nazilə Səfərli, əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov də iştirakçılar arasında yarışacaq. Bu dəfəki layihənin konsepsiyası “Hind” adlanır. İştirakçılar ilk gün səhnəyə Hindistanın milli geyimlərində çıxacaq.
Ötən mövsüm əlini bilmədən maşından çəkən aparıcı Fira Cəlilova ilə meyxanaçı Ələkbər Yasamallını da bu oyunda görmək mümkün olacaq.