​Məşhur tarixçi: Bu hadisə insanlığın düzənini dəyişdi

Baxış sayı:
2242

İkinci Dünya müharibəsi insanların həyat tərzində böyük dəyişiklik etdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri məşhur türk tarixçisi İlbər Ortaylı deyib.
"Bu tarixi hadisədən sonra insanlar arzuladıqları həyatı yaşamaq istədilər. İstehlak etmək arzusu Avropanı bürüdü. Bu dönəmdə böyük köç yaşandı. Həmin köç prosesi Almaniyada 10 il, Fransada isə daha çox davam etdi. Hətta İngiltərədə belə məyus, bədbin insanlar çoxluq təşkil edirdi. İnsanlar Avropada yaşaya bilməyib, köç edirdilər", - Ortaylı qeyd edib..
Gənclərə tövsiyə verən professor bildirib ki, onlar gələcəklərini, həyatlarını meqapolislərdə deyil, kiçik şəhərlərdə qursalar, daha rahat və xoşbəxt yaşayarlar.