​Məşhur rok qrup Trampı təhqir etdi

Baxış sayı:
6589

ABŞ prezidenti Donald Tramp rəqiblərini məsxərəyə qoymaq məqsədilə demokratların onun konqresdəki çıxışına reaksiyasını əks etdirən videoyazı paylaşıb. Bu haqda “MediaITE” nəşri məlumat yayıb. Videoyazıda popular “R.E.M” rok-qrupunun “Everybody Hurts” mahnısından istifadə olunub. Halbuki adı çəkilən qrupun üzvləri Ağ Ev rəhbərinin qatı əleydarlarındandır . Trampın tvitində onların mahnılarından fon musiqisi olaraq istifadə olunmasına görə qrupun üzvü Mayk Mils od püskürüb. O ABŞ prezidentini təhqir edərək, “dünya lideri özünü axmaqlığa qoyur” ismarıcını paylaşıb. Qrup üzvləri “bu yalançını təqib etməyə davam edin” deyə konqres və ABŞ KİV-nə səslənib.