Məşhur modelyerdən AĞIR SÖZLƏR: İkiüzlülər, yaltaqlar...

Baxış sayı:
13456

“Görəsən, niyə qeyri-səmimilər səmimiyyətdən, ikiüzlülər sədaqətdən, yaltaqlar dürüstlükdən, əyrilər düzgünlükdən, insan sevgisi olmayan insanlığa sevgidən və başqa gözəl xüsusiyyətləri olmayan insanlarsa onlarda olmayan xüsusiyyətlərdən danışır? Niyə? Nə vacibdir ki, siz bu mövzularda statuslar paylaşırsınz? İnanın ki, kənardan hamı kimin kim olduğunu gözəl bilir...”
Bu sözəri məşhur modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünas Gülnarə Xəlilova sosial şəbəkədə yazıb. O, daha sonra əlavə edib ki, heç kim onu qəzəbləndirməsə də, gördüyü bəzi süniliklərdən qıcıqlanır:
“Əzizlərim, məni heç kim əsəbiləşdirməyib, lakin bəzi paylaşımları görürəm. O insanların da iç üzünü çox yaxşı tanıyıram. Odur ki, roldan çıxmalarını məsləhət görürəm. İnsanlara ağıl dərsi keçməsinlər. İnsanlar hər şeyi özlərinə sərf etdiyi qədər yaxşı bilir...”