Məşhur futbolçu Kataloniyaya görə YIĞMADAN UZAQLAŞIR

“Barselona”nın məşhur mərkəz müdafiəçisi Jerar Pike Kataloniyada keçirilən müstəqillik referendumuna reaksiya verib.
Futbolçu jurnalistlərə açıqlamasında İspaniya yığmasında iştirakdan imtinaya hazır olduğunu bildirib.
“Məncə, İspaniya yığmasında iştirakımı davam etdirə bilərəm. Ona görə ki, İspaniyada çoxları demokratiyaya inanır və Kataloniyada dünən baş verənlərlə razılaşmır. Əgər rəhbərlik mənim problem olduğumu düşünürsə, mən 2018-ci ilə qədər yığmanı tərk edə bilərəm”, – deyə o söyləyib.