Məşhur futbolçu Argentinanın baş məşqçisi olacaq

Baxış sayı:
2680

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində "Banfild"in baş məşqçisi olacaq.
Muxalifet.az report-a istinadən bildirir ki, bu barədə klubun prezidenti Oksar Tuker "Twitter" vasitəsi ilə bildirib. O, 43 yaşlı mütəxəssislə razılıq əldə olunduğunu vurğulayıb. Argentinanın yüksək dəstəsində çıxış edən "Banfild" 15 turdan sonra 21 xalla 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, Krespo futbolçu karyerası ərzində vətənində "River Pleyt", İtaliyada "Parma", "Latsio", "Milan", "İnter", "Cenoa" və İngiltərənin "Çelsi" komandalarının formasını geyinib. O, indiyədək "Parma"nın gənclər və "Modena"nın əsas komandasına rəhbərlik edib.