Məşhur boksçu Məhəmməd Əlinin adı hava limanına veriləcək

Baxış sayı:
20803

İdman dünyasında "bütün zamanların ən böyüyü" olaraq anılan və 2016-cı ildə 74 yaşında həyatını itirən əfsanəvi boksçu və məşhur irqçilik əleyhinə Müsəlman aktivist Məhəmməd Əlinin adı məmləkəti Kentucky-dakı hava limanına veriləcək.
 
“Louisville Məhəmməd Əli Beynəlxalq Aeroportu”
 
Amerika mətbuatına görə, Əlinin məmləkəti Kentucky-a bağlı Louisvil-lə Yerli Aeroportu İdarə Heyətinin dünən keçirdikləri iclasda müəssisənin adını “Louisvil-lə Məhəmməd Əli Beynəlxalq Aeroportu" olaraq dəyişdirmə qərarı verib.
 
Əsla vətənini unutmayıb
 
Məhəmməd Əlinin xanımı Lonnie Ali etdiyi açıqlamada, sözügedən ad dəyişikliyindən dolayı qürur duyduğunu bildirərək, “Əli bir dünya vətəndaşı olmasına baxmayaraq, heç vaxt məmləkətini unutmadı” deyib.
 
Uzun müddətdir aparılan iş
 
Hava limanının idarə heyəti isə sözügedən dəyişikliyin bir ildən uzun müddətdir aparılan işin nəticəsi olduğunu qeyd edib.
 
Doğum günündən bir gün əvvəl açıqlanıb
 
Sözügedən qərar Məhəmməd Əlinin doğum günündən bir gün əvvəl açıqlanıb. Əfsanəvi boksçu yaşasaydı bu gün 77 yaşına qədəm qoyacaqdı.
Müxalifət.az