Məşhur aktyor Xalq artistinə ŞİLLƏ VURDU, aralarında DAVA ÇIXDI - VİDEO

Baxış sayı:
9889

Əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanovun ifa etdiyi “Bəyin oğurlanması” filminin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjetdə toy səhnəsini lentə almaq üçün kəndə gələn kino işçilərinin fəaliyyətindən söhbət açılır. Çəkiliş zamanı rejissor ssenari və çəkilən materialın real həyatdan çox uzaq olduğunu anlayır, hətta həmkarları ilə söhbət zamanı da ssenarinin primitiv olmasından gileylənir. Elə bu səbəbdən də o, uydurma toy səhnəsi əvəzinə kənddəki real toyu çəkmək qərarına gəlir. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Publika.az “Bəyin oğurlanması” filminin ən maraqlı məqamlarını diqqətinizə çatdırır: