Məşhəddə qızıl oğruları edam edildi

Baxış sayı:
2002

İranın Məşhəd şəhərində oğurluqda ittiham edilən 6 nəfər bu gün edam olunub.
Teleqraf.com-un məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Xorasan Rəzəvi Prokurorluğunun Siyasi Təhlükəsizlik şöbəsinin müdir müavini Həsən Heydəri deyib ki, İslam İnqilab Məhkəməsinin 4 saylı qərarı Ali Məhkəmə tərəfindən təsdiq olunandan sonra cəza icra edilib.
Edam edilən şəxslərin kasıb olmadığına diqqət çəkən Həsən Heydəri bildirib ki, dəstənin başında duran şəxs əvvəllər zərgərliklə məşğul olub və bu səbəbdən tacir zərgərləri tanıyırmış: “Bu dəstə sonuncu dəfə Məşhədlə Tehran arasında səyahətdə olan şəxsdən 4 kq qızıl oğurlayıb.
Edamlar başqalarının mal-mülkündə gözü olan, cəmiyyətin təhlükəsizliyini təhdid edən insanlar üçün ibrət olmalıdır”.