​Məsciddə qanlı terakt: ƏN AZI 14 ÖLÜ

Baxış sayı:
2131

Yanvarın 3-də səhər saatlarında Nigeriyada terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində azı 14 nəfər həlak olub, çoxlu sayda yaralı var.
Muxalifət.az xəbər verir ki, hadisə Nigeriya ilə Kamerun sərhədində yerləşən Qamboru şəhərində baş verib. Terrorçu-kamikadze səhər namazından bir qədər əvvəl müsəlman dindarların arasına girərək üzərindəki partlayıcı qurğunu işə salıb.
Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin Boko Haram qruplaşmasının silahlıları tərəfindən törədildiyi ehtimal edilir.