Məscid-Əqsanın baş imamı BÜTÜN MÜSƏLMANLARI BİRLİYƏ ÇAĞIRDI

Baxış sayı:
4967

Məscid-i Əqsanın baş imamı Şeyx Ömər Avadallah Kısvani, Türkiyə prezidenti Ərdoğanın dünya Müsəlmanlarının hisslərinə tərcüman olduğunu deyib.
 
Məscid-i Əqsa baş İmamı Şeyx Ömər Avadallah Kısvani, mühüm bəyanatlar verib. Trampın Qüdsün sahibi olmadığını deyən Kısvani, bunları söyləyib:
 
QÜDS TƏHLÜKƏDƏ OLARSA DÜNYA TƏHLÜKƏDƏ OLUR
 
“Bu torpaqların sahibi olmayan biri bütün qanunları tapdalayaraq bu torpaqların sahibi olmayan başqa birinə verib. ABŞ, bu açıqlaması ilə obyektivliyini və tərəfsizliyini itirmiş, açıq şəkildə Fələstinə qarşı İsrailə dəstək vermişdir. Zalımlarla birlikdə Müsəlmanlara daha çox zülm etməyə başlayıblar. Biz bu qərarı qəbul etmirik. Allahın əmri ilə Qüds, biz Müsəlmanlara verilmişdir. Biz də sona qədər bizə əmanət edilən bu şəhəri qorumağa davam edəcəyik. Bunun əksini iddia etməyə heç kəsin gücü çatmaz. Bu qərarı qəbul edənlərin bunu da unutmaması lazımdır. Əgər Qüds təhlükədə olarsa, bütün dünya təhlükədə olur.
 
BÜTÜN MÜSƏLMANLAR AYAĞA QALXMALI
 
Bu qərarı qəbul etmək, Qüdsü addım-addım itirmək deməkdir. Əgər bu qərarı qəbul etsəniz, sabah Məscid-i Əqsanı, Kubbet-üs Səhranı itirərik. Dünyanın dörd bir tərəfindəki Müsəlmanların bu qərara qarşı çıxması lazımdır. Trampın axmaqlıqlarına qarşı çıxması lazımdır.
 
TÜRK XALQINA MİNNƏTDARIQ
 
Düşmən indi çox güclüdür. Hamımızın birlik olma vaxtı gəlmişdir. Türkiyənin dörd bir tərəfində Qüds üçün təşkil olunan aksiyaları gördük. Bu hamımızı sevindirdi. Türk xalqı, Türk Dövləti və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman yanımızda oldu. Bizə də, Qüdsə də hər zaman sahib çıxdılar. Məscid-i Əqsadan bütün Türk xalqına minnətdar olduğumuzu demək istəyirəm. Ərdoğan İslam Əməkdaşlıq Təşkilatını fövqəladə toplantıya çağırıb. Təşkilata bağlı 57 ölkə Qüdsü Fələstinin paytaxtı elan etməlidir. Əgər buradan ortaq bir qərar çıxarsa, Tramp geri addım atmaq məcburiyyətində qala bilər.
Müxalifət.az