Mərkəzi Kəşfiyyat İdarəsinin Qaşıqçının qatili ilə bağlı hesabatı Səudiyyəni təlaşa saldı

Baxış sayı:
5377

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Səid İbni Cübeyr, MKİ-nin Səudiyyə jurnalisti Qaşıqçı-nın öldürülməsi göstərişini vəliəhd şahzadə Məhəmməd bin Salmanın verdiyinə yönəlik vardığı nəticənin səhv olduğunu ifadə edib.
 
 Səid ibni Cübeyr, Məhəmməd bin Salman haqqındakı dəyərləndirmələrin doğru olmadığına toxunaraq, "Bilirik ki, şahzadə Məhəmməd bin Salmana yönəldilən ittihamların heç bir doğruluğu yoxdur və biz bu ittihamları rədd edirik" - deyib.
“Al Sharq Al Awsat” qəzetinə verdiyi müsahibədə, "Bu ittihamların rəsmi olaraq bir əsası yoxdur, sadəcə, fərziyyədir və qəti bir dəlil yoxdur" deyən Səid İbni Cübeyr, prezident Ərdoğanın Qaşıqçı cinayəti ilə bağlı sözlərini də münasibət bildirib. Səid ibni Cübeyr, prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qaşıqçı-nın öldürülməsi əmrinin Səudiyyə hökumətinin yüksək pillələrindən gəldiyini bilirik" ifadələrinə , "Türkiyədə ən yüksək səviyyəli rəhbərlərə bu sözlərin nə məna verdiyini soruşduq və bizə qəti şəkildə nəzərdə tutulan adamın vəliəhd şahzadə olmadığını təsdiqlədilər" deyə bildirib. Cubeyr, bundan başqa, Məhəmməd bin Salmana zərər verəcək və alçaldacaq çalışmalara izin verməyəcəklərini deyib.
Müxalifət.az