Mərkəzi Kəşfiyyat idarəsindən “Qaşıqçı” hesabatı – İLK DƏFƏ

Baxış sayı:
5002

MKİ-nin hesabatına görə, Səudiyyə şahzadəsinin 2017-ci il avqustunda ona yaxın şəxslərə jurnalist Qaşıqçının Səudiyyə Ərəbistanına qayıtmağa razı salmaq üçün göstəriş verib.Bu səylərin uğurlu olmadığı təqdirdə onu Səudiyyə Ərəbistanın xaricində yemləyib, bir şeylər təşkil etmək tapşırığı verilib. MKİ vəliəhd şahzadənin Qaşıqçı planından əvvəlcədən xəbərdar olduğu nəticəsinə gəlib.
 
MKİ hesabatına görə, şahzadə Məhəmməd tərəfindən elektron mesajlar sağ əli hesab olunan Səud el-Kahtaniyə göndərilib. ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı (MKİ), Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürüldüyü zamanlarda jurnalisti edam edən qrupa nəzarət edən müşavirinə 11 mesaj göndərdiyini və bu mesajlar daxilində "öldürmə əmrini vermiş ola biləcəyini" qeyd edib hesabatda.
Kahtan, Qaşıqçını öldürən 15 nəfərlik edam qrupuna nəzarət etdiyi və eyni zamanda da qrupun İstanbuldakı lideri ilə birbaşa ünsiyyət halında olduğu irəli sürülüb sənəddə. Məhəmməd bin Salman ilə Kahtan arasında mesajlaşmanın tərkibinin məlum olmadığı bildirilib. Sənəddə, mesajların hansı şəkildə göndərildiyi xəbəri də göstərilməyib.
 
BİN SALMANIN İCAZƏSİ OLMADAN EDƏ BİLMƏZDİLƏR
 
MKİ tərəfindən hazırlanan bu son dərəcə gizli hesabatda, Qaşıqçını öldürmək üçün göndərilən Səudiyyəli edam qrupun Kahtaninin başında olduğu Səudiyyə Krallığının mətbuat işlərinin aparıldığı qurum içində olduğu ifadə edilib. Sənəddə sözügedən edam qrupunun Məhəmməd bin Salmanın icazəsi olmadan əməliyyatı aparmasının mümkün olmadığı analizi də aparılıb.
2015-dən bu yana şahzadə Məhəmməd bin Salmanın, Kahtan və Mətbuat İşləri və Araşdırma Mərkəzinə müxaliflərini yurd içində və yurd xaricində, bəzən zorakılığa əl ataraq hədəfə almalarını əmr etdiyi qeyd edilərkən, Kahtaninin də digər həssas əməliyyatları yerinə yetirmək üçün vəliəhd şahzadənin açıq şəkildə icazəsini tələb etdiyi bildirilib.
Səud el-Kahtani, xüsusilə vəliəhd şahzadənin vəzifəyə gəlməsi ilə yaranan Səudiyyə Ərəbistanının yeni siyasətlərini qəbul edən mühüm şəxslərdən biri kimi tanınır.
Bir MKİ sözçüsü hesabat haqqında şərh etməyi rədd edərkən, bir Ağ Ev rəsmisi də Ağ Evin kəşfiyyat məsələlərində şərh vermədiyini deyib. Səudiyyə Ərəbistan səfirliyi və Kahtanidən də məsələ ilə bağlı heç bir şərh verilməyib.
Müxalifət.az